İşləyən qadınlar daha çox şiddət görürlərbackend

İşləyən qadınlar daha çox şiddət görürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin \”Akdeniz\” Universitetinin Hüquq fakültəsinin müəllimi, professor Muharrem Kılıç bildirib ki, işləyən qadınlar daha çox zorakılığa məruz qalır.

\”İşləməyən qadınların şiddət görmə nisbəti 38,7 faiz, işləyən qadınlar arasında şiddət görmə nisbəti isə 40,7%-dir. Evin büdcəsinə bir töhfə verməsinə baxmayaraq, işləyən qadın işləməyən qadından daha çox şiddətə məruz qalır\” – deyib.

İşləyən qadınlar daha çox şiddət görürlər

Kılıç, qadına qarşı zorakılıqda ailənin rifah səviyyəsinin əhəmiyyətli olduğunu, aşağı rifah səviyyəsində 47 faiz, orta rifah səviyyəsində olanlar 38 faiz, yüksək rifah səviyyəsində isə 26,7 faiz olduğuna diqqəti çəkib.

İnterpress.az