Fövqəladə Hallar Nazirliyindən (FHN) İnterpress.az-a verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az