Ağcabədi hər an od tutub yana bilərbackend

Ağcabədi hər an od tutub yana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonu sözün həqiqi mənasında bombanın üzərində qərarlaşıb. Bunu rayondan gələn xəbərlər də təsdiqləyir. Ötən gün jam.az-a müraciət edən rayon sakinlərindən biri bildirib ki, təcili olaraq problem aradan qaldırılmasa, Ağcabədi od tutub yana bilər.

Belə ki, Ağcabədi rayonunun mərkəzində AzPetrol Yanacaq Doldurma Məntəqəsi var. Həmin YDM düz İcra Hakimiyyətinin düz yanında yerləşir. Sakin bildirir ki, YDM-ə məxsus, içi yanacaqla dolu çənlər isə ərazidəki yaşayış binalarının altında yerləşdirilib. «Ağcabədinin icra başçısı bir dəfə də olsun maraqlanmayıb ki, əgər hər hansı bir yanğın baş verərsə, rayonu hansı faciə gözləyir. Yanğın olarsa, rayon tamamilə yanıb, kül olacaq. YDM-in çənlərinin partlaması isə onlarla ailənin məhv olması deməkdir».

O, təcili tədbirin görülməsini istəyir. İnsanların qorxu içində olduğunu da vurğulayır. «Dəfələrlə şikayət edilməsinə baxmayaraq, nəticə çıxaran yoxdur. Görəsən, Şahin Məmmədovun məsələdən xəbəri varmı? Varsa, niyə tədbir görmür? Yoxdursa, maraqlansın, insanların taleyi ilə oynamaq olmaz».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(politika.az)

İnterpress.az