Jurnalistlər üçün tikilən bina ilin sonunda təhvil veriləcəkbackend

Jurnalistlər üçün tikilən bina ilin sonunda təhvil veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

O, həmçinin vurğulayıb ki, binanın tikintisi hazırda davam edir: “Hər şey qaydasındadır. Binanın ilin sonuna təhvil verilməsi planlaşdırılır”.

Məlumat üçün bildirək ki, yeni tikilən binanın 17 mərtəbəsi, 3 bloku və 255 mənzili olacaq.

2013-cü ildə jurnalistlər üçün verilən binada isə 156 mənzil olub.

Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə 2010-cu il iyulun 22-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb. (virtualaz.org.az)

İnterpress.az