Bakda yenə polislər döyüldübackend

Bakda yenə polislər döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, martın 5-də saat 23-da restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Elçin Əli oğlu dava salıblar. Dava zamanı polis əməkdaşlarını döyən sərxoşlar, onların xidməti formasının paqonlarını qoparıblar.

Bu barədə Binəqədi Rayon Polis İdarəsindən bildiriblər.

Məlumata görə, yerli polis əməkdaşları – 1994-cü il təvəllüdlü Əliş Məmmədzadə, 1989-cu il təvəllüdlü Orxan Sultanov və 1988-ci il təvəllüdlü Elşən Xuduşov asayişi pozanları sakitləşdirməyə çalışıblar.

Amma sakit olmaq əvəzinə xuliqanlar Sultanovu və Məmmədzadəni yumruqlamağa başlayıblar. Göstərilən müqavimətə baxmayaraq, cinayətkarlar saxlanılıb və adıçəkilən rayonun 5-ci polis bölməsinə gətiriliblər. Ancaq saxlanılan şəxslər orda da sakit dayanmayıblar.

Bölmənin qarşısında onlar \”Fiat Doblo\” markalı polis avtomobilinin yan şüşələrini sındırıblar. Dava salanların üçüncüsü – 1987-ci il təvəllüdlü Bakı sakini Məmmədov Nicat Nazim oğlu özü polis bölməsinə gələrək serjant Cahid Mahmudovu döyüb. Nəticədə polis hər üç davakarı barmaqlıq arxasına salıb.

Axtarış zamanı saxlanılan şəxslərin üstündən narkotik maddə tapılıb. Belə ki, Mehdiyevin üzərində 5,75 qram, Elçin Məmmədovun üzərində 5,37 qram marixuana, Nicat Məmmədovun üstündə isə 0,231 qram heroin aşkar edilib.(sputnik.az)

İnterpress.az