Xarici xüsusi xidmətlərlə əməkdaşlıq edən 9 azərbaycanlı ifşa edilibbackend

Xarici xüsusi xidmətlərlə əməkdaşlıq edən 9 azərbaycanlı ifşa edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd edilib. Bildirilib ki, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər nəticəsində münaqşiə zonalarında döyüşən 122 nəfər müəyyənləşdirilib və onlardan 11 nəfəri saxlanılıb.

Qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş tədbirlər nəticəsində il ərzində 474 nəfər sərhəd pozuçusu tutulub, sərhəd rejim qaydalarını pozduğu 16866 nəfər saxlanılaraq barələrində tədbir görülüb.

İnterpress.az