Külli miqdarda dələduzluq edən şəxs tutuldubackend

Külli miqdarda dələduzluq edən şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araşdırma zamanı məlum olub ki, İ.Baxışov Bakı şəhər sakini Rasimə Əsədovanın Yasamal rayonunda inşa etdirdiyi evi onun etibarından sui-istifadə edərək öz adına rəsmiləşdirib. Bununla da İ.Baxışovun R.Əsədovaya ümumilikdə 35000 ABŞ dolları məbləğində ziyan vurub.

Bundan başqa, İ.Baxışov tanışı Sadiq Qasımlıya sonuncunun Yasamal rayonu S.Tağızadə küçəsi 60 mənzil 23 ünvanında yerləşən mənzilinin çardaq, yəni mansard hissəsini onun adına rəsmiləşdirilməsində köməklik edəcəyini vəd edərək dələduzluq yolu ilə onun 3000 ABŞ dollar pulunu mənimsəyib.

Cinayət əməllərini davam etdirən İ.Baxışov Bakı şəhər sakini Əziz Mövsümova yalan vəd verərək onun üçün Sabunçu rayonu Ləhiş bağlar massivində ev inşa etdirəcəyini bildirərək onun 20000 manat pulunu ələ keçirib. İ.Baxışov qeyd edilən məbləği ələ keçirəndən sonra evi inşa etdirməkdən boyun qaçırıb.

İ.Baxışov Sabirabad rayon sakini Dədəkişi Dövlətovun da etibarından sui-istifadə edərək ona Rusiya Federasiyasının ali məktəblərindən birinin diplomunu düzəldəcəyini vəd edib. İ.Baxışov bu işin müqabilində D.Dövlətovdan 5000 manat pul alsa da sonradan verdiyi vədi yerinə yetirməyərək təkrar dələduzluq əməlini törədib.

Əlavə olaraq İ.Baxışov Bakı şəhər sakini Fəxrəddin Məmmədovun da eibarından sui-istifadə edərək onun Almaniyadan gətirdiyi “Ford Transit” markalı avtomobili sonuncunun adına gömrük qeydiyyatından keçirməyə köməklik göstərəcəyinə söz verib. Bunun müqabilində İ.Baxışov F.Məmmədovdan ümumilikdə 5197 manat alsa da sonradan verdiyi vədi yerinə yetirməkdən imtina edib.

Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları İ.Baxışov digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Odur ki, İ.Baxışov əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə 012-440-02-02 şəhər, 050-310-77-56 mobil telefon nömrələrinə zəng edərək məlumat verə bilərlər.(musavat)


İnterpress.az