İŞİD-in təhsil SİSTEMİ: əlində kəsilmiş başlar tutan uşaqlarbackend

İŞİD-in təhsil SİSTEMİ: əlində kəsilmiş başlar tutan uşaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«The Independent» qəzetində May Bulman yazır ki, İŞİD hələ körpəlikdən uşaqlara ekstremizmə söykənən təhsil verir. Kökü nasist rejiminə gedib çıxır, «özlərindən də qəddar» nəsil yaratmağı hədəfləyirdi.
«İslam Dövləti»nin Uşaqları» adlı yeni hesabatda qeyd olunduğuna görə, İŞİD uşaqlara məktəblər və təlim düşərgələrində bir şeyi təlqin edir – edamları izləsinlər, kəsilmiş başları tutsunlar və özləri qətlə yetirməyi öyrənsinlər.

«İslam Dövləti»nin təhsilə münasibəti nasist Almaniyasının elementlərini özündə əks etdirir», – hesabatda belə deyilir.

Hesabatı Londonda mənzillənən «Quilliam» ekstremizmə qarşı Beyin Mərkəzi hazırlayıb.

Bildirilir ki, İŞİD Suriya və İraqda təhsil sisteminə nəzarəti ələ keçirib, doğuşdan ekstremizm aşılanmış güclü ikinci nəsil yaratmağa can atır.

Bu araşdırma uşaqların yer aldığı təbliğat materialları və İŞİD daxilindəki etibarlı mənbələr əsasında hazırlanıb. BMT hesabatı dəstəkləyib və çərşənbə günü parlamentdə yayılacağı gözlənilir.

Hesabatda vurğulanır ki, İŞİD təbliğatında uşaqlardan geniş istifadə olunur.

İŞİD-in təhsil SİSTEMİ: əlində kəsilmiş başlar tutan uşaqlar

Ötən il avqustun 1-dən bu il fevralın 9-dək 254 bəyanatda və ya tədbir elanında uşaq təsvirləri olub, son 6 ayda təbliğat videolarında 12 qatil-uşaq göstərilib. Təsdiqlənməmiş məlumatlara görə, İŞİD-in «Fityan al-Islam» (İslam oğlanları) adlı gənclər qanadı var.

Özünü «İslam Dövləti», «xilafət» adlandıran İŞİD-in nəzarətindəki ərazilərdə 6 milyonadək kişi, qadın və uşağın yaşadığı bildirilir. Onlardan 30 mini əcnəbilərdir, Britaniyadan 50 uşaq var.(azadlıq radiosu)

İnterpress.az