Valideynlik edə bilməyən 200 şəxs cəzalandırılıbbackend

Valideynlik edə bilməyən 200 şəxs cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd edilib.

Müəyyən edilmiş azyaşlıların 320 nəfəri polisdə profilaktik qeydiyyata götürülüb, şəhər, rayon, icra hakimiyyətləri yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə” komissiyalara 272 material göndərilib. Uşaqlara zəruri yardım, himayə və kömək göstərilməsi üçün təlim-tərbiyə, səhiyyə, sosial-müdafiə, digər dövlət strukturlarına 360 məlumat və müraciət ünvanlayıb.

Göstərilən dövrdə uşaqların təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları avaralıq, dilənçiliyə cəlb edən 200 valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək, məhkəmələrə və yerli icra hakimiyyəti yanında komissiyalara göndərilib.(modern.az)

İnterpress.az