“Azərişıq”dan fırıldaqçılıqla bağlı rəsmi açıqlama: “O kimdirsə…”backend

“Azərişıq”dan fırıldaqçılıqla bağlı rəsmi açıqlama: “O kimdirsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musavat.com saytının (\”Borcunuz var, ödəniş edin\” deyən şəxs, ev sahibini aldadıb – FOTOLAR, VİDEO) adlı yazısına “Azərişıq” ASC-dən reaksiya gəldi.

Məsələ burasındadır ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov 108 ünvanında yaşayan Ağaqədeş Mürşüdov şikayət edərək, bildirmişdi ki, özünü “Azərişıq” ASC-nin əməkdaşı olaraq, təqdim edən Pərviz adlı şəxs ondan elektrik enerjisi borcuna görə 80 manat alıb, amma pulu hesaba yatırmayıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, onların bu adda əməkdaşı yoxdur: \”Biz abonentlər üçün ideal şərait yaradırıq ki, onlar ödənişi rahat və güvənli formada edə bilsinlər. Beləliklə abonentlə əməkdaş arasında pul alış-verişi olmur. Bu məsələyə gəlincə isə, şikayətçi vətəndaş tanımadığı birinə pul verməli deyildi. Bizim əməkdaşların xüsusi vəsiqələri var. Həmin ərazi üzrə bizim Pərviz adlı əməkdaşımız yoxdur. O kimdirsə, bizim adımızdan istifadə edir. Buradan hər kəsə səslənirəm. Qapınıza gələn heç bir şəxsə ödəniş etməyin. Bunun üçün xüsusi ödəmə aparatları, poçtlar və digər vasitələr var. Hətta internet üzərindən ödəniş etmək olar. “Azərişıq” ASC ödənişlərin asanlaşdırması üçün ilk addımı atan qurumlardan biridir. Belə hallar bizim adımıza ləkə gətirir\”.

Şikayətçi onun adına haqsız yerə 3 min manat borc yazılması ilə bağlı da narazılıq etmişdi. Tanrıverdi Mustafayev bu məsələyə də aydınlıq gətirdi: \”Bunu araşdırmaq lazımdır. O borc neçənci ildən bəri yaranıb, həqiqətən də borc varmı? Bunu dəqiq bilmək üçün bizim müştəri xidmətlərimiz var. Qəbzlərlə birgə oraya yaxınlaşsın. Araşdırma aparaq. Bundan sonra bütün həqiqətlər ortaya çıxacaq\”.

İnterpress.az