Bakıda tapançalı Qaqaş tutuldu – VİDEObackend

Bakıda tapançalı Qaqaş tutuldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA TV-nin məlumatına görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Qaqaş Musayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Q.Musayev rayon ərazisində saxlanılaraq bölməyə gətirilib. Onun üzərinə baxış zamanı sandıqçasında 5 ədəd patron olan “Naqan” markalı tapança aşkar olunaraq götürülüb.

Tərlan İbrahimli, təhqiqatçı: “Həmin şəxsin üzərinə keçiriln baxış zamanı 1 ədəd “Naqan” tipli revolver və 5 ədəd güllənin olması müəyyən edilib. Aparılan araşdırma zamanı dindirilən Musayev Qaqaş Xanlar oğlu bildirib ki, həmin silahı təxminən 15 gün əvvəl metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığındakı parkda gəzərkən ağacın dibindən tapıb və silahın yararlılığını yoxlamaq üçün bir dəfə atəş açıb. Bundan sonra isə həmin silahı üstündə gəzdirib”.

Qaqaş Musayev, saxlanılan şəxs: “Gecə idi. “Heydər parkı”ndan tapmışdım. “Naqan” tipli tapança idi. Ondan sonra bğyrümdə gəzdirirdim. Gecə saatlarında “Sərin” restoranının yanından gəlirdim yavaş-yavaş. İki nəfər yaxınlaşdı və 23-cü Polis Bölməsinə gətirdilər. Orda da silahı təhvil vermişəm”.

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


İnterpress.az