Azərbaycanda 931 vəzifəli şəxs məsuliyyətə cəlb edilibbackend

Azərbaycanda 931 vəzifəli şəxs məsuliyyətə cəlb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həmçinin xidmət tərəfindən 2157,2 min manat məbləğində mənimsəmə halları aşkar olunan yoxlama materialları prokurorluq orqanlarına göndərilib.

İnterpress.az saytının verdiyi xəbərə görə, bu haqda Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, prokurorluq orqanlarının məktubları və məhkəmə qərarlarına əsasən aparılmış yoxlamalarla 625,2 min manat mənimsəmə halları aşkar olunub və yoxlama materialları aidiyyatı üzrə Baş Prokurorluğa göndərilib.

Bununla yanaşı, əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılan yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 1483,3 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.

Bundan başqa büdcə təşkilatlarında nöqsanlara yol verən 931 nəfər vəzifəli şəxsə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 576,0 min manat məbləğində cərimələr tətbiq edilib və dövlət büdcəsinə ödənilməsi təmin edilib.

İnterpress.az