Təyyarə dənizə düşdü – Ölən və yaralananlar varbackend

Təyyarə dənizə düşdü – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, “True Aviation” şirkətinə məxsus təyyarə səhər saatlarında dənizə düşüb. Təyyarənin göyərtəsində 4 nəfər olub. Onlardan 2-si yerli balıqçılar tərəfindən tapılaraq xəstəxanaya aparılıblar. Xəstəxanadan verilən məlumata görə, onlardan 1-i vəfat edib, digərinin isə vəziyyəti ağırdır. Qalan 2 nəfərin axtarışları davam edir.

“Göyərtədə olan 4 nəfərin hamısı Rusiya vətəndaşı olub” , -deyə polis nümayəndəsi Aslam Xosseyn bildirib.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, qəza edən təyyarə yük təyyarəsidir. Koks-Bazar və Cessor şəhərləri arasında krevetlərin nəqli üçün istifadə olunub.

İnterpress.az