Bakıda ana və 3 yaşlı oğlu dəm qazından boğularaq ölübbackend

Bakıda ana və 3 yaşlı oğlu dəm qazından boğularaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb. Rayon sakinləri, 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.

İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az