İnterpress.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Martın 8-də saat 16 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində Qobustan şəhər sakini Mehman Musayevin idarə etdiyi “VAZ-21061” və Ağsu rayon sakini Mais Şıxəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Musayev və sərnişini – həmyerlisi Elnur İbrahimov hadisə yerində ölüb.
Günün başa çatmasına bir saat qalmış, saat 23 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Elvin Verdiyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.
İnterpress.az