Bakıda daha təhlükəli potensial sürüşmə sahələri aşkarlanıbbackend

Bakıda daha təhlükəli potensial sürüşmə sahələri aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O bildirib ki, Böyük Bakı təqribən Hacıqabul rayonuna kimi davam edir. Daha çox təhlükəli potensial sürüşmə zonalarının Qaradağ, qismən isə Binəqədi və Səbail rayonlarının ərazisinə aid olduğunu deyən E.Əlizadə qeyd edib ki, Lökbatan və ətrafı, xüsusilə Qurd qapısı, Sulutəpə, Sənqəçal və ətrafı, Ələt ətrafı sahələr yeni müəyyənləşmiş sürüşmə təhlükəli zonalardır.

Direktor müavinin sözlərinə görə, Böyük Bakı və Bakı şəhərində mövcud olanlardan başqa təhlükəli zonalar xüsusilə Qurd Qapısı, Qanlı göl və ətrafı, Xocəsən gölü və ətrafı, Bakı Amfiteatrı və Şıx çimərliyi yaxınlığında olan dağ yamaclarına aiddir: “Son dövrlərin yağışları Bakıda sürüşmə prosesini fəallaşdırıb. Hazırda Bayıl amfiteatrında, Zığ massivində, Günəşlidəki Kərpic zavodu zonasında və Masazırda sürüşmə sahələrində aktivlik müşahidə olunur. Həmin ərazilərdə qoyulmuş nişanlarda süxurların 2-10 mm və daha artıq yer dəyişməsi qeydə alınıb”.

İnterpress.az