Özünü yandıran adam ÖLDÜ – YENİLƏNİBbackend

Özünü yandıran adam ÖLDÜ – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Bakının mərkəzində, Filarmoniya bağında üstünə benzin tökərək özünü öldürən şəxs vəfat edib. 40-45 yaşlı həmin şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.

Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub. Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.
O, xəstəxanaya yerləşdirilib. Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.(lent.az)

İnterpress.az