İcra başçısının maşınındakı qızın hərəkəti ilə bağlı rəsmi açıqlamabackend

İcra başçısının maşınındakı qızın hərəkəti ilə bağlı rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər İcra Hakimiyyətinin ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev bildirdi ki, həmin şəkillər 6 ay əvvəl çəkilib. “Avtomobil həqiqətən də Mingəçevir şəhər İcra Hakimiyyətinə aiddir. Şəkillər Bakıda sürücü evinə gedərkən çəkilib. Amma qızın əlini çölə çıxardığı şəkil sonradan əlavə olunub\”, – deyə Sahib Əliyev bildirdi.

Sahib Əliyevin sözlərinə görə, həmin şəkilin İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. “Biz sürücü ilə də danışmışıq. Qızın əlini çölə çıxardığı avtomobil İcra Hakimiyyətinin deyil. Sürücü dedi ki, xidməti avtomobilə heç ailəsini belə otuzdurmur. Belə söz – söhbətə görə, sürücünün də ailəsində problemlər yaranır”, – deyə İcra Hakimiyyətinin rəsmisi bildirdi.

İcra Hakimiyyəti başçısının avtomobilinə aid şəkillər mətbuatda bir neçə gün əvvəl yayılıb. Fotolarda avtomobilin həm arxa tərəfi, həm də yan tərəfi öz əksini tapır. Yandan çəkilən şəkildə qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Məlumata görə, şəkillər Bakıda – Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib.

Ümumiyyətlə, son vaxtlar bəzi icra başçıları öz gördüyü işləri ilə deyil, müxtəlif şəkil və qalmaqalları ilə gündəmə gəlirlər. Salyan rayonunun vəzifəsindən azad edilən icra başçısı Tahir Kərimov bir müddət əvvəl yerli KİV və sosial şəbəkələrdə qızılgüllər altından keçməsini əks etdirən foto ilə gündəmə gəlmişdi.

İcra başçısının şagirdlərin qızılgül çələngindən keçməsi sosial şəbəkələrdə uzun müddət müzakirə mövzusu olub. Onu hətta Şimali Koreya lideri Kim Çen Ina bənzədənlər də olmuşdu.

Həmçinin Cəbrayıl rayonunun sabiq icra başçısının adı qalmaqalda hallanıb. Sabiq icra başçısı Mahmud Quliyevin yanvar ayında sosial şəbəkədə videosu yayılmışdı. O, toplaşan bir qrup adamı təhqir edib, onları söyüb. Hər iki icra başçısı prezident İlham Əliyev müvafiq sərəncamları ilə vəzifələrindən azad olunublar.

Bu sərəncamlardan sonra bəzi icra hakimiyyəti başçıları yəqin ki, hansı vəzifədə və kimi təmsil etdiklərinin fərqinə vararlar. Rayon icra hakimiyyəti başçıları öz davranışları ilə ictimaiyyətə nümunə olmalıdırlar. Sakinlərlə və mətbuatla daim əməkdaşlıq etməlidirlər. Çünki bəzi hallarda rayon icra hakimiyyətləri sakinlərdən və mətbuatdan uzaq durmağa çalışırlar. Bu isə insanlarda istər – istəməz icra hakimiyyətlərinə qarşı aqressiya yaradır. Ona görə də belə şəkillər və videolar yayılanda cəmiyyət bunu birmənalı qarşılamır. Hər bir vətəndaş düşünə bilər ki, xalqın dərdini dinləmir, amma başqa işlərlə məşğul ola bilirlər.(anspress)

İnterpress.az