Azərbaycanda bu universitet bağlanırbackend

Azərbaycanda bu universitet bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrasiya Universitetində (BAU) baş verən cədvəl qalmaqalı ictimailəşəndən sonra, Nazim Hüseynlinin rektoru olduğu ali məktəblə bağlı ciddi araşdırmalara başlanılıb. Və universitetin bütün məsul vəzifələrində rektorun qohumlarının çalışması təsdiqini tapıb. Həmçinin indiyə kimi universitetə kimin himayədarlıq etdiyi Təhsil Nazirliyinin rəhbərliyinə məlum olub. Odur ki, universitetin gələcək taleyinin sual altına düşəcəyi gözlənilir.

Qeyd edək ki, Nazim Hüseynli oğlu Günhan Hüseynlini BAU-ya prorektor, qızı Nigar Hüseynovanı isə İcra aparatının rəhbəri təyin edib. Universitetdə bütün idarəçilik Günhan Hüseynlinin əlindədir. Heç bir pedoqoji təhsili olmayan Günhan Hüseynlinin “uğurlu” fəaliyyəti nəticəsində bir zamanların ən yaxşı ali təhsil müəssisələrindən biri olan BAU-nu tanınmış alimlər və təcrübəli müəllimlər tərk edib.
BAU-nun dekanı olmuş və universitetdəki özbaşınalığa etiraz etdiyi üçün işdən çıxarılan Əjdər Yunus Rzanın sosial şəbəkədə yazdıqları da univerisitetin bazar qanunları ilə idarə olunduğundan xəbər verir:
“Əziz tələbələr, mən bu gün ədalətsiz bir qərarla sizlərdən uzaqlaşdırıldım. Mən həmişə sizin haqqınız uğrunda mübarizə apardım. Uzun yazmayacağam. Bu tədris ilinin birinci yarısında Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam. Bununla fəxr edirəm. Sizə analoqu olmayan “lalapiti” cədvəllə yaz semestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram… ”.
BAU-da təhsil alan tələbələrin də AzToday.az-a verdikləri məlumatlar universitetdə idarəçiliyin bərbad vəziyyətə düşməsindən xəbər verir.

İnterpress.az