Şagirdi döyən müəllimə işdən çıxarılıbbackend

Şagirdi döyən müəllimə işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buna səbəb müəllimə Qənimət Əhmədovanın adının müxtəlif hadisələrdə səslənməsidir.

Bir neçə gündür adıçəkilən xanım müəllimənin döyülməsi ilə bağlı yerli KİV-də məlumat yayılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Qənimət Əhmədovanın döyülməsi ilə bağlı quruma heç bir məlumat daxil olmayıb.

“Əksinə, 245 nömrəli məktəbdə fəaliyyət göstərən Əhmədova Qənimət İmran qızının şagirdlə kobud davranışı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) valideyn şikayəti daxil olub. Bu barədə BŞTİ-nin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılıb. Eyni zamanda hal-hazırda hüquq-mühafizə orqanları həmin məsələni araşdırdığı üçün məktəb direktorunun müvafiq əmri ilə mühafizə orqanlarının yekun qərarına qədər sözügedən müəllimə müvəqqəti işdən kənarlaşdırılıb”, – deyə qurumun mətbuat xidmətindən bildiriblər.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır. ( musavat.com )

İnterpress.az