Sərdar Həmidovun evini yardılarbackend

Sərdar Həmidovun evini yardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, bu barədə onun oğlu Şəhriyar Məcidzadə facebook sosial şəbəkəsində məlumat verib. Tərtərdə olduğunu bildirən Ş.Məcidzadə evlərində baş verən oğurluq hadisəsindən sarsıldığını bildirib: \”Tərtərdəyəm evimizdən oğurluq olub. Kimlərsə evimizə girib və evimizi yağmalayıb, yağmalatdırıb. Olduqca gərgin və qəzəbliyəm! Ən qısa zamanda Bakıya gəlib daxili işlər nazirinə və digər qurumlara müraciət ünvanlayacam.
Burdan üzümü Azərbaycanın dövlətinə, hüquq mühafizə orqanlarına tuturam. Burdan üzümü bütün media mənsublarına, ziyalılara tutub bildirirəm ki, biz sizin dəstəyinizi gözləyirik. Sərdar Həmidovun təmas xəttinin yaxınlığında yerləşən evindən oğurluq edirlər bu sadə məsələ deyil! Həm də belə bir ərəfədə!

Demək ki, nəbz yoxlayırlar. Kim nəbz yoxlayırsa qanunun ən sərt üzüylə cəzalandırılmalıdır! Sabah ətraflı şəkildə oğurlanan əşyalar və təfərrüatı barədə məlumat yayacam”.

İnterpress.az