İnterpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, şəhərin Suraxanı rayonunda beşmərtəbəli binanın 3-cü mərtəbəsində elektrik şitində quraşdırılmış 3 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az