Təhsil Nazirliyi Heydər Əliyevin bacısının dərsliynə YOX dedibackend

Təhsil Nazirliyi Heydər Əliyevin bacısının dərsliynə YOX dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, mötəbər mənbələrinverdiyi informasiyaya görə, 9-cu siniflər üçün akademik Rəfiqə Əliyeva, akademik Abel Məhərrəmov, akademik Vaqif Abbasov, kimya elmləri doktoru Sevinc Əliyevanın hazırladıqları dərs vəsaiti keçməyib.

Akademik Rəfiqə Əliyeva ölkənin tanınmış kimyaçısı olmaqla yanaşı, həm də mərhum prezident Heydər Əliyevin bacısıdır. Qeyd edilən siniflər üçün təqdim olunmuş İltifat Lətifovun dərsliyi keçib. Kimya elmləri doktoru İltifat Lətifov Kataliz və Qeyri-üzvü kimya instutunun əməkdaşıdır. Onun doktorluq dissertasiyasənın mövzusunun adı belədir: “Keçid metalların bir və ikinüvəli tsiklopentadienil komplekslərinin quruluşu və reaksiyayagirmə qabiliyyətində elektron və sterik effektlərinin rolu”.

İltifat Lətifovun kimyanın tədrisi metodikası istiqamətində işləri olsa idi dərd yarı olardı. İltifat Lətifovun ölkənin tanınmış kimyaçıları səviyyəsində dərslik yazması təəccüb doğurur.

Bəs dərsliyin ona verilməsinin səbəbi nədir? Əldə etdiyimiz məlumata görə Lətifov Təhsil Nazirliyində “Tədris resursları” şöbəsinin müdiri Elvin Rüstəmovun yaxın adamıdır. Yeri gəlmişkən, Elvin Rüstəmov orta məktəb dərsliklərinə aidiyyatı olmayan bir adamdır. O, Misir Mərdanovun vaxtında “Təhsil Sektorunun İnkişafı üzrə Layihənin əlaqələndirmə qrupu”nun rəhbəri vəzifəsində çalışıb. Dünya Bankının layihəsi olan bu layihənin icrası ilə bağlı korrupsiya faktları indi də gündəmdən düşmür. Ona görə də belə reputasiyalı bir fiqurun bu vəzifəyə təyinatı Mikayıl Cabbarovun nüfuzuna zərbə vurub.

Təhsil Nazirliyi Heydər Əliyevin bacısının dərsliynə YOX dedi

Maraqlıdır ki, Mikayıl Cabbarov \”Soros Fondu\”nun əsas simalarından biri hesab olunan Elmina Kazımzadəni də “Dərslikləri Qiymətləndirmə Şurasının” sədri təyin edib.
Elə bu səbəblərdən də dərsliklərdə baş alıb gedən qüsurların düzəlmək əvəzinə pisləşməyə doğru getməsi iddiaları ötən hər gün daha ucadan eşidilməyə başlayıb. (moderator.az)


İnterpress.az