Türkiyə Krım uğurunda döyüşəcəkbackend

Türkiyə Krım uğurunda döyüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Məlumata görə, Ukrayna prezidenti Krım məsələsinin müzakirəsi prosesinə Budapeşt memorandumunu imzalamış ölkələrlə yanaşı, Türkiyənin də cəlb edilməsinin vacib olduğunu deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə brifinqdə çıxış etmiş Poroşenko bildirib: «Türkiyə prezidenti ilə biz Krımın işğaldan azad olunması üçün birgə addımların tərəfdarıyıq və bu məqsədlə beynəlxalq təşkilatlar çərçivəsində səylərimizi birləşdirməyi planlaşdırırıq. Buraya «Cenevrə+» formatı daxil olmaqla, Budapeşt memorandumunun qarantlarının və Ukrayna ilə Türkiyənin iştirakı ilə yeni beynəlxalq formatların yaradılması da daxildir».

Poroşenko, eyni zamanda, ukraynalı pilot qadın Nadejda Savçenkonun azad edilməsi üçün Moskvaya təzyiqləri artırmağa çağırıb.(modern.az)


İnterpress.az