Yük maşını piyadanın üstündən keçdi (Fotolar 18+)backend

Yük maşını piyadanın üstündən keçdi (Fotolar 18+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Rauf Hüseynovun idarə etdiyi “KamAZ” markalı yanacaq daşıyan maşın hərəkətdə olarkən qəfildən qarşısına piyada çıxıb.

Şəxsiyyəti hələ məlum olmayan piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Qəza yerüstü piyada keçidinin altında baş verib. Piyada yolu keçiddən deyil, hərəkət sürəti 80 km/saat olan prospektin hərəkət hissəsindən keçib. O, yolu keçərkən qulağında qulaqlıq da olub.

Gənc sürücü Rauf Hüseynov hadisəni əməkdaşımıza belə nəql edib: “Gördüm onu. Nə qədər siqnal verdim, əyləci basdım… Maşını səkiyə tərəf qaçırtdım, o da həmin tərəfə qaçdı. Qulağında da qulaqlıq var idi, siqnalı eşitmirdi”.

Qeyd edək ki, ötən ilin sonundan Bakının hər yerində olduğu kimi, Ziya Bünyadov prospektində də qənaət məqsədilə küçə işıqları söndürülür. Hadisə baş verən ərazidə işıqlar yanmırdı.

Hadisə yerində Nərimanov Rayon Polis idarəsinin əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb. Sürücünün ifadəsi alınıb.

Faktla bağlı cinayət işi başlanıb. Qəza zamanı dünyasını dəyişən piyadanın kimliyi müəyyənləşdirilir. (musavat.com)

Yük maşını piyadanın üstündən keçdi (Fotolar 18+)

Yük maşını piyadanın üstündən keçdi (Fotolar 18+)

Yük maşını piyadanın üstündən keçdi (Fotolar 18+)

Yük maşını piyadanın üstündən keçdi (Fotolar 18+)

İnterpress.az