İran Dağlıq Qarabağ münaqişəsini bir neçə saata həll edə bilərbackend

İran Dağlıq Qarabağ münaqişəsini bir neçə saata həll edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, İran işğal edilmiş Azərbaycan ərazilərindəki körpülərin bərpasını öz üzərinə götürüb. Politoloq deyib ki, İran erməni hərbçilərin Xudafərin körpüsünün yerləşdiyi əraziyə, işğal edilmiş əraziyə daxil olmasına qadağa qoyub: \”İran bu addımı atmaqla beynəlxalq hüququ qoruyur\”.
Ermənistanın İrandakı səfirinə də Tehranda bu məsələni izah ediblər.

Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya səfərini şərh edən politoloq qeyd edib ki, Ermənistan XİN rəhbəri bilirdi ki, Putinlə Sarkisyan Qarabağı müzakirə edəcək: \”Ona görə Ermənistan açıqlama verdi ki, Rusiya bizim strateji müttəfiqimizdir\”.

Politoloq bildirib ki, İran Dağlıq Qarabağ münaqişəsini bir neçə saata həll edə bilər. Politoloq əlavə edib ki, Azərbaycan, İran və Rusiya sərhəd qoşunları komandanlarının görüşü baş tutacaq və münaqişə ilə bağlı müzakirə aparılacaq. Politoloqun sözlərinə görə, lap yaxınlarda münaqişənin tənzimlənməsi ilə bağlı digər xəbərlər eşidə bilərik: \”Deyə bilərəm ki, İran XİN-in nümayəndələri Azərbaycana gələrək bu məsələ ilə bağlı müzakirə aparacaq\”.

M.Əhmədoğlu bildirib ki, Azərbaycan öz ərazilərini işğaldan azad edəcək, Ermənistanda isə xaos yaranacaq.(azadinforum)

İnterpress.az