Balans pozulacaq: İrandan dünya neft bazarını silkələyəcək TƏKLİFbackend

Balans pozulacaq: İrandan dünya neft bazarını silkələyəcək TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mətbuatının verdiyi xəbərə görə, İran Quzey İraq Kürd Muxtariyyatına neftin bu ölkənin ərazisindən keçməklə dünya bazarına çıxarmağı təklif edib.
İranın təklifi İraq Kürdüstanı üçün gözlənilməz olsa da, müzakirə başlayıb.
Süleymaniyyə şəhərindəki İran baş konsulu Səidullah Məsudi ölkəsinin bu təklifinin “Rudaw” kanalına verdiyi müsahibədə təsdiqləyib.

Ərbil – Tehran əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyini deyən konsul neft anlaşmasının mümkünlüyünə də diqqəti çəkib: “İranın böyük şirkətlərinin bu layihəni həyata keçirməsi mümkündür. Bunun üçün hər cür potensial var. Sadəcə layihənin icrası üçün hər iki tərəfin güclü iradəyə ehtiyacı var”. Məsələ ilə bağlı Süleymaniyyə valisi ilə görüşdüklərini deyən konsul ilkin razılığın əldə edildiyini bildirib: “Mənə bildirildi ki, neft kəməri ilə bağlı yaxın zamanda anlaşma əldə ediləcək. Bunun üçün İraq Kürdüstanı Muxtar Hökumətinin qərarı gözlənilir”. (cebhe.info)


İnterpress.az