5 yaşlı uşağa zond uddurub öldürdülər-BAKIDAbackend

5 yaşlı uşağa zond uddurub öldürdülər-BAKIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5 yaşlı Ömər Fətəliyev mütəmadi olaraq qusduğu üçün əvvəlcə Əmircandakı Birləşmiş Uşaq Xəstəxanasına aparılıb. Bir gün orada qalan uşağa həkimlər dəqiq diaqnoz qoya bilməyiblər. Halı pisləşən uşaq sonradan Musa Nağıyev adına 1 saylı şəhər xəstəxanasına – \”Semaşko\”ya aparılıb. Xəstəxana əməkdaşları uşağı qəbul etməyərək onu Qara Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına göndəriblər.

Uşaq bir gün də həmin xəstəxanada qalıb, yenə də həkimlər dəqiq diaqnoz qoya bilməyiblər. Daha sonra valideynləri Öməri Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına aparıblar. Dünən günorta saatlarında uşaq həmin xəstəxanada keçinib. Xəstəxanada məlum olub ki, uşağın mədəsini yumaq üçün ona zond uddurublar. Həkimlərin səriştəsizliyi nəticəsində uşağın mədəsi deşilib, daxili qanaxma baş verib. Uşaq komaya düşüb və keçinib.

5 yaşlı Ömər Fətəliyevin atası Famil Fətəliyev Cebhe.info-ya açıqlamasında məlumatı təsdiqləyib və övladı ilə bağlı yaşadığı acının dözülməz olduğunu dilə gətirib:

“Sadəcə bir kəlmə sözüm var ki, bu hadisə həkim səhvindən çox, onların pula olan sevgisindən baş verdi. Uşaq 15 dəqiqədir keçinib. Arsız-arsız Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından mənə deyillər ki, “uşaq keçinib, Allah rəhmət eləsin, sizin borcunuz qalmışdı, onun 400 manatını gətirin”. Orada çalışan Ülkər xanım var, soyadını bilmirəm, o bunu mənə bildirdi. Belə də biabırçılıq olar? O uşağa ölənə qədər dəqiq diaqnoz qoyulmadı. Əslində isə diaqnozların sayı çox idi. Beyinə qan sızma, vərəm, pnevmaniya, güclü infeksiya, cürbəcür variantlar səsləndirdilər. Amma konkret diaqnozu yox idi.

5 yaşlı uşağa zond uddurub öldürdülər-BAKIDA

Uşaq top kimi uşaq olub. Heç bir yerindən şikayəti olmayıb. Öz yaşına, çəkisinə uyğun sağlam uşaq idi. İlk olaraq uşağı Əmircandakı Birləşmiş Uşaq Xəstəxanasına aparmışdıq. Orada dedilər ki, biz bu uşağa müdaxilə edə bilmərik, çünki xəstəliyi ilə bacara bilməyəcəyik. Oradan “Semaşko”ya göndərdilər. Orada rentgen və müxtəlif müayinələr etdilər. Baxıb dedilər ki, hər şey qaydasındadır, Qara Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına göndərdilər. Orada vəziyyəti çox pis idi. Halsız, huşsuz idi və gözünün qarasi artıq yuxarı gedirdi. Oradan isə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına göndərildi və uşaq komaya düşdü. Onunla da onu itirdik. Dəqiq deyə bilmərəm, hansı xəstəxana idi. Amma təxmin edirəm ki, uşağa Əmircandakı Birləşmiş Uşaq Xəstəxanasında mədəsini yumaqdan ötrü zond veriblər”. (cebhe.info)

İnterpress.az