İnterpress.az xəbər verir ki, bu gecə saat 04:25 radələrində rayonun Baş Küngüt kəndində, kənd sakini Səkinə Xəlil qızı İbadullayevə məxsus, ümumi sahəsi 180 kv/m olan qarışıq mallar mağazasında yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları tamamilə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.
İnterpress.az