Cəbrayılın deputatı: “İcra başçısı işdən çıxarılanda sözümü demişəm”backend

Cəbrayılın deputatı: “İcra başçısı işdən çıxarılanda sözümü demişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Cəbrayıl rayonunun deputatı Astan Şahverdiyev deyib.

Deputat bu məsələ barəsində artıq danışmaq istəmədiyini də vurğulayıb:

“Mahmud Quliyev cənab prezidentin sərəncamı ilə vəzifədən azad olunanda fikrimi bildirmişəm. Ona görə də əlavə bir şey demək istəmirəm”.

A.Şahverdiyev bildirib ki, icra başçısını vəzifəyə təyin və azad etmək prezidentin səlahiyyətində olan məsələdir və buna münasibət bildirməyə lüzum görmür.

“Mən də həm millət vəkili və bir vətəndaş kimi cənab prezidentin sərəncamlarına böyük hörmətlə yanaşıram, bu qərar bizlər üçün qanundur”-deyə Astan Şahverdiyev bildirib.

Cəbrayıl rayon İcra Hakimiyyətində yoxlamaların aparıldığı haqda yayılan məlumatlardan da xəbərsiz olduğunu deyən Astan Şahverdiyev nəsə deyə bilməyəcəyini söyləyib.

O, “təyin olunacaq yeni icra başçısından gözləntiləriniz nədir” sualına da cavab vermək istəmədi. (modern.az)

Cəbrayılın deputatı: “İcra başçısı işdən çıxarılanda sözümü demişəm”

İnterpress.az