Vurulan başçının yerinə təyinat: Namizədlərin “savaş”ı başlayıbbackend

Vurulan başçının yerinə təyinat: Namizədlərin “savaş”ı başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başçı postuna real namizədlərdən biri Laçın rayon İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının müavini Nəzərli Aqil Ağaxan oğlu və əvvəllər Laçın rayon İcra Hakimiyyətində işləmiş Quliyev İlham Vəliqulu oğludur. Hazırda Sumqayıtın icra başçısı olan, daha əvvəllər isə Abşeron rayonuna rəhbərlik etmiş, əslən laçınlı Zakir Fərəcov İlham Quliyevi Abşeron rayon İcra Hakimiyyətinə aparmışdı.
Elə o zamanda etibarən o, İcra Hakimiyyətində sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, başçının müavini vəzifəsində çalışıb.
Məlumatlara görə, hələlik bu iki namizəd arasında seçim başa çatmayıb. Hazırda rayonda söz sahibi olan bir neçə nəfərin həmin şəxslərlə münasibəti öyrənilir və bu prosesin başçı təyinatında xüsusi rol oynayacağı deyilir. (cebhe.info)


İnterpress.az