Balakən sakininin 19 yaşlı qız tərəfindən bıçaqlandığı məlum olubbackend

Balakən sakininin 19 yaşlı qız tərəfindən bıçaqlandığı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayevin rayonun Qullar kənd sakini 19 yaşlı Xədicə Nəsib qızı Qarayeva tərəfindən bıçaqlandığı məlum olub. X. Qarayeva şübhəli şəxs qismində saxlanılıb və hadisəni törətdiyini etiraf edib. Aparılan ilkin istintaq zamanı məlum olub ki, Vüsal Mustafayev gecə saatlarında Xədicə Qarayevanın yaşadığı evə girib və onun atası Nəsib Qarayev ilə istintaqa məlum olmayan səbəbdən dava edib. Bunu görən Xədicə Qarayeva atasına kömək etmək məqsədi ilə Vüsal Mustafayevi bıçaqlayıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.(apa.az)

İnterpress.az