Balakəndə motosiklet aşıb, sürücü xəsarət alıbbackend

Balakəndə motosiklet aşıb, sürücü xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbəe verir ki, Martın 8-də saat 19.00 radələrində rayonun Yeni Şərif kənd sakini, 1980-ci il təvəllüdlü Elşad Məhəmməd oğlu Anarəcəbov idarə etdiyi ikitəkərli “İJ” markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet idarəetmədən çıxaraq açıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan E. Anarəcəbov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Balakən RMX-dan APA-ya verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən E. Anarəcəbova ağır kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

İnterpress.az