İcra başçısı bacısının düşdüyü qəzadan danışdıbackend

İcra başçısı bacısının düşdüyü qəzadan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, açıqlamasında hazırda xəstəxanada olduğunu deyib:

“Qəza zamanl nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub”.

Qeyd edək ki, Zərdab rayon İcra başçısı Lütfəli Babayevin bacısı
Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.

Qəzaya düşən \”Toyota\” markalı avtomobildə L.Babayevin bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi, qızı və nəvələri olub.

Yaralılar xüsusi vertolyotla Bakıya gətirilərək Gömrük Hospitalına yerləşdirilib. (aznews.az-a)

İnterpress.az