Bakının intim xidmətli MASAJ SALONLARI – VİDEObackend

Bakının intim xidmətli MASAJ SALONLARI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələn, belə obyektlərdən biri Lev Tolstoy küçəsindədir. Binanin zirzəmisində fəaliyyət göstərən və sağlamlıq mərkəzi adı altında priton kimi istifadə olunan obyektin qarşısından keçmək kifayətdir ki, içəridə nə kimi xidmətlərin təklif olunduğunu biləsən. Digər bir məqam isə içəridə asayişi ucaboylu, cüssəli oğlanların təmin etməsidir. İçəriyə bir addım atan an menyu kimi xidmətlər cəvdəli təklif edilir.

Təkcə bu küçədə bir-birinə yaxın 3 masaj salonu fəaliyyət göstərir ki, onların da xidmət istiqaməti eynilik təşkil edir. Paytaxtın mərkəzindəki masaj salonları isə VİP xidmətlərlə öz müştərisini gözləyir.

Baş çəkdiyimiz başqa bir \”xidmət sahəsi\” isə Dərnəgül qəsəbəsi, Əcəmi Naxçıvani küçəsindədir. Üzlərindən yorğunluq tökülən qadınlar, xidmət edəcəyi şəxsə onunla bir saat keçirəcəyi otağı da nümayiş etdirir.

Hər halda, bu, bizim gecə apardığımız bir neçə saatlıq müşahidənin nəticəsi idi. Göstəmək bizdən, ölçü götürmək isə hüquq-mühafizə orqanlarının öhdəsinə düşür. ( ans )

İnterpress.az