Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.
O bildirib ki, bu mübadilə Azərbaycanla İran arasında ekstradisiya müqaviləsi əsasında, hər iki ölkənin XİN-ləri və İranın Bakıdakı səfirliyinin səyi nəticəsində baş tutub.
H.Cabiri Ənsari bildirib ki, bu gün Azərbaycan həbsxanalarında cəza çəkən 5 nəfər və İran həbsxanalarında cəza çəkən 4 azərbaycanlı ölkələrinə qaytarılıb.
Onun sözlərinə görə, məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər. ( apa )
İnterpress.az