Barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatdıbackend

Barıt zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

39 yaşlı zavod işçisi bu gün regional yanıq mərkəzində dünyasını dəyişib. Kişi xəstəxanaya bədənin 100% yanığı ilə çatdırılmışdı.

Tambov barıt zavodunda yanğın və sonradan partlayış martın 11-i Moskva vaxtı ilə saat 12:30-da baş verib. Qurumun rəsmi məlumatına görə, insident hazır məhsulun qablaşdırılması zamanı baş verib.

Faktla bağlı Rusiya Federasiyasının istintaq komitəsində əmək təhlükəsizliyi qaydalarının pozulması və nəticədə 2 və daha çox insanın vəfat etməsi maddəsi ilə cinayət işi açılıb.

Tambov xəstəxanalarında partlayış zamanı xəsarət alan daha 2 nəfər qalmaqdadır. Hadisə zamanı 1 nəfər yerindəcə 3 nəfər xəstəxanada dünyasını dəyişib.

Şəhər rəhbərliyinin qərarına görə martın 14 Kotovskda matəm günü elan edilib. Hadisə zamanı dünyasını dəyişənlərə 1 milyon rubl (23100 AZN – red.) təzminat ödəniləcək.

Oxşar hadisə ötən ilin sentyabrında da qeydə alınmışdı. O zaman partlayış nəticəsində daha 2 nəfər dünyasını dəyişmişdi.(anspress.com)

İnterpress.az