İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə yerində xeyli sayda ölü və yaralı var. Partlayışın bir avtomobildə baş verdiyi təxmin edilir.
Hadisə şahidləri sat 18:35-də baş verən partlayışın çox şiddətli olduğunu deyirlər. Güvenparkda, polis bölməsinin yaxınlığında meydana gələn olayla bağlı öncədən xəbərdarlıq edilmişdi.
Belə ki, ABŞ-ın Ankaradakı səfirliyi 11 martda Amerika vətəndaşlarına, xüsusilə də Balçelievler bölgesindən uzaq durmağı tapşırmışdı.
Qeyd edək ki, Ankara valiliyinin verdiyi açıqlamada ölənlərin sayının 27-yə çatdığı bilirilib. Yaralı sayı isə 75 nəfərdir. Yaralılar Ankarada müxtəlif yaxın xəstəxanalara yerləşdirilib.
Partlayış anı
İnterpress.az