Təhsil Nazirliyi parlamentdə məsələ qaldırdı: “90 faizə çatdırmalıyıq”backend

Təhsil Nazirliyi parlamentdə məsələ qaldırdı: “90 faizə çatdırmalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu parlamentin Elm və təhsil komitəsinin bu günkü iclasında Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.

“Məktəbəqədər təhsil icbari hesab olunmur. burada valideynlərin qarşısına belə bir öhdəlikdə qoyulmur. Lakin bu məsələnin vacibliyi geniş şəkildə həm valideynlərə izah olunmalı, eyni zamanda uşaqların geniş cəlbi üçün məktəbəqədər təhsil müəssisələrində şərait olmalıdır. Bu məsələnin həlli də təbii ki, qanunda öz əksini tapmalıdır. Heç kimə sirr deyil ki, ölkədə uşaqların məkətəbəqədər təhsilə cəlbi faizi digər ölkələrə nisbətən aşağıdır.

Əlbəttə bunun həm obyektiv həm də subyektiv səbəbləri var. Biz bu sahədə beynəlxalq təcrübəni öyrənməli və ölkəmizdə tətbiqini həyata keçirilməliyik. Azərbaycanda uşaqların məktəbəhazırlıq təhsilinə cəlbini 2020-ci ilə qədər 90 faizə çatdırmalıyıq. bu çox vacib məsələlərdən biridir. ümumiyyətlə təhsilin keyfiyyətinin artırılmasında, xüsusilə də ibtidai təhsilin hamı üçün əl çatan olması və keyfiyyətinin səmərəliliyinin yüksəldilməsində məktəbəhazırlıq təhsilinin əhəmiyyəti müstəsnalıq kəsb edir.

Ona görə də bu məsələ ciddi şəkildə gündəmdə olmalıdır”-deyə nazirlik rəsmisi bildirib. Şöbəsinin müdiri deyib ki, biz uzun illər bu sahədə təhsili eyni formatda qurmuşuq:

“Qeyd edək ki, uzun müddət məktəqədər təhsili eyni format əsasında qurmuşuq. Digər başqa növlərə ciddi diqqət yetirilməyib. bəlkə də indi bu tendensiya davam edir. Ancaq bölgələrdə və ucqarlarda məktəqədər təhsil müəssisələri hazırlığı lazım olan səviyyədə təşkil edə bilmir.

Ona görə də qanunda ayrı-ayrı məktəbəqədər təhsil növlərinin təsbit olunması çox vacibdir və bunun təşkili mexanizmləri göstərilməlidir. Misal olaraq, elə kəndlər var ki, orada məktəbəqədər təhsil müəssisəsinə cəlb olunan uşaqların sayı elə də çox deyil. Bunun üçün ayrı bir müəssisə yaratmaq və buna maddi vəsait ayırmaq ehtiyac da yoxdur. Məqsədimiz uşaqların təhsildən kənar qalmamasıdır.

Özəl bağçaların yaradılması imkanından geri çəkilməməliyik. buna rəvac verməliyik. çünki məktəbəqədər təhsil müəssisəsinin olması üçün tək bina şəraiti lazım deyil. Həmin binanın içərisində də təsdiq olunmuş standartlara uyğun iş getməlidir. Amma ayrı-ayrı imkanlı şəxslər var ki, belə müəssisələr üçün müvafiq bina inşa edirlər. Təbii ki, həmin müəssisələr üçün də lisenziya alınmalıdır. Ona görə də belə bir məsələ ilə bağlı qanundna məhdudiyyət qoyulmamalıdır”. (modern.az)

İnterpress.az