Sumqayıtda şirkət işçisi bədbəxt hadisə nəticəsində ölübbackend

Sumqayıtda şirkət işçisi bədbəxt hadisə nəticəsində ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 13-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “AzərTexnoline” MMC-də qeydə alınıb. Orada işləyən şəhər sakini Füzuli Kərimovun üzərinə dəmir boru düşüb. Nəticədə o aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az