Əfv Komissiyasının yeni üzvü: “Məhkum yaxınlarından müraciətlər almışam”backend

Əfv Komissiyasının yeni üzvü: “Məhkum yaxınlarından müraciətlər almışam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

A.Sofiyeva deyib ki, əfvetmə barədə məsələlər Əfv Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur:

“Bildiyiniz kimi əfv sərəncamı cənab Prezidentin səlahiyyətindədir. Bu il də Komissiyaya yüzlərlə müraciət daxil olub. Mart ayında Komissiyanın artıq bir neçə iclası keçirilib. Əfv Komissiyasında hər bir müraciətə baxılanda məhkumun ona verilən cəzanın müəyyən bir hissəsini çəkməsi, cəzaçəkmə müəssisəsində olduğu dövrdə özünü necə aparması, törətdiyi əmələ görə peşmançılıq çəkməsi, vurulmuş maddi ziyanı ödəməsi, məhkumun ailə vəziyyəti və s. məsələlərə diqqət yetirilir. Son iclasda ümumilikdə 400-ə yaxın müraciətə baxılıb”.

A.Sofiyeva qeyd edib ki, Komissiyanın yeni üzvü olaraq o da məhkum yaxınları tərəfindən müraciətlər alıb:

“Komissiyanın yeni üzvü olaraq, artıq mənə də əfv ilə bağlı müraciətlər daxil olmağa başlayıb. Bu müraciətlərə də Komissiyanın növbəti iclaslarında baxılacaq”.(modern.az)

İnterpress.az