MTRŞ-dan ANS-ə TƏNQİD: “Nə işi var, ay qardaş”backend

MTRŞ-dan ANS-ə TƏNQİD: “Nə işi var, ay qardaş”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tənqidə səbəb, ciddi verilişdə “öncəgörücü”lərə yer verilməsi olub:

“Telekanalların şou verilişlərindən “öncəgörənlər”in, “bioenergetiklər”in, “caduçıxaranlar”ın ayaqlarını birtəhər kəsmişdik. Amma indi baxıram ki, onlar bəzi televiziyalarımızın daha ciddi proqramlarına – xəbər buraxılışlarına ayaq açmağa başlayıblar. Belə ki, “Xəbərçi”də 11 mart tarixində saat təxminən 21.20 radələrində ciddi-ciddi təqdim olunan belə bir xəbər – süjet diqqətimi çəkdi: “Moskvada fəlsəfə elmləri doktoru, akademik, fenomen Nuridə Qurbanovanın Rusiya mətbuat nümayəndələri və dövlət rəsmiləri (!) ilə görüşü baş tutub”.
Ardınca da həmin fenomenin özündən sitat gətirildi: “Mənə 10 il bundan qabaq “Azərbaycanın Vanqası” adı verilib. Bolqarıstanda mənim istedadımı araşdıran ekspertlərlə görüşdüm. Mən dəfələrlə Vanqanın ruhu ilə söhbət etmişəm. Bizim onunla əlaqəmiz var”.

T.Dadaşov bundan sonra fenomenin kimliyi ilə bağlı məlumat toplamağa çalışıb:

“İnternetdə yüngülvari bir axtarış verdim, aşağıdakı məlumat çıxdı: “Nuridə Qurbanovada şəfavericilik və gələcəyi görmə qabiliyyəti onu 10 yaşında ildırım vurduqdan sonra yaranıb”. Bu məlumatla fenomenin fenomenliyi ilə bağlı hər şey mənə aydın oldu. Amma o aydın olmadı ki, belə birisi ilə bağlı “xəbər”in “Xəbərçi” kimi ciddi bir proqramda nə işi var axı, ay qardaş?”.

Şöbə müdiri bildirib ki, həmin fenomen bir müddət əvvəl “İç xəbər”ə də çıxmışdı. “Onu “Nəzər nöqtəsi”də də görsəm bu səfər infarkt məni vuracaq”. (moder.az)

İnterpress.az