“Bacımdan 10 yaş böyük idi, evli olduğunu bilmirdi…”backend

“Bacımdan 10 yaş böyük idi, evli olduğunu bilmirdi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mərhumənin bacısı, Aytac Vahabova “1news”a bir çox qaranlıq məqamları açıb. O, bacısının ölümünə kimlərin və nələrin səbəb olduğu barədə danışıb:

“Nigarın 2 ilə yaxın idi Bəhruz Əliyev adında görüşdüyü oğlan var idi. O, bacımdan 10 yaş böyük idi və Nigar onun evli olduğunu bilmirdi. Bundan xəbər tutan kimi, o, əlaqələri kəsdi. Bunlar 2014-cü ilin yayında olub. Daha sonra Bəhruz ona bıçaqla hədə-qorxu gəlib, təqib etməyə başlayıb. Hətta Nigarı vurub, onun bədənində qançırlar olub. Biz döyülmələr barədə ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmişik, hətta Bəhruzu polis şöbəsinə çağırıblar. Ancaq məsələ həll edilmədən qalıb. Hər halda, ərizəmiz üzrə araşdırma nəticələri barədə bizə məlumat verilməyib”.

Vahabova onu da bildirib ki, Bəhruz bir müddət Nigarı narahat etməyib. Daha sonra təqiblər yenə başlanıb. O, Nigarın iş yerinə gedərək nalayiq sözlər işlədib, boşanacağını deyib. Onun hərəkətləri barədə polisə şikayətlər edilsə də, nəticəsiz qalıb. Bəhruz boşandıqdan sonra Nigarın etirazlarına baxmayaraq, onu daha çox narahat edib.

Aytac Vahabovanın sözlərinə görə, bir gün Bəhruz Əliyev onların evinə gəlib və qapını bərk döyməyə başlayıb. Anası polis çağıracağını deyəndə isə Bəhruz “kimi istəyirsən çağır, onsuz da onu öldürəcəyəm” deyib.

Bacısı, fevralın 8-də, saat 12:30 radələrində Nigarın özünü asdığını qeyd edib:

“Şübhəli məqamlar çoxdur. 20 metr uzunluğu olan ipdən 1metr 40 sm-i istifadə edilib, qalanı isə itkin düşüb. Evin yaxınlığında bizim evin açarlarının dublikatı tapılıb. Bəhruzun gödəkcəsi isə cırılmışdı.Mən bu barədə müstəntiqə bildirdim . O isə “yəqin sizin ev darısqaldır” dedi”.

Aytac deyir ki, indiyədək ölümün səbəbləri barədə tibbi ekspertiza rəyi yoxdur və Bəhruz hələ də rahat şəkildə azadlıqda gəzir.

İnterpress.az