Firudin Cəlilov niyə testin əleyhinə çıxır? – AÇIQLAMAbackend

Firudin Cəlilov niyə testin əleyhinə çıxır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumata görə, test sisteminin ləğvi istiqamətində proseslərə başlanılıb və bununla bağlı artıq lazımı işlər görülür. Hətta ali təhsil müəssisələrinə abituriyent hazırlığı aparan kurslarına testin ləğv ediləcəyi və işlərini başqa istiqamət üzrə qurmaları tövsiyə edilib.

Təhsil eksperti Firudin Cəlilov Modern.az-a açıqlamasında bildirib ki, məzunların test üsulu ilə ali təhsil müəssisələrinə qəbul olunmasının əleyhinədir. O, test sisteminin ləğv edilməsini tamamilə doğru addım hesab edir.

“1992-ci ildə Baş nazirin müavini olanda test imtahan üsulunu gerçəkləşdirmək istədik və o vaxt Türkiyənin Azərbaycandakı Səfirliyindən xahiş etdim ki, Türkiyədən mütəxəsisslər gətirilsin. Kabinetim 3 ay tələbə qəbulu komissiyasına çevrilmişdi, mütəxəssislər işləyirdi. O zaman test sistemini gətirərkən fikrimiz bu idi ki, 3 ildən sonra ləğv edilsin və yeni sistem hazırlansın. Amma testi 20 il uzatmaqla onun fəsadları ortaya çıxdı. Test əzbərçiliyə, artıq kursların yaranmasına, yuxarı sinif şagirdlərinin dərsdən yayınıb imtahana hazırlaşmasına səbəb olur. 20 il keçib, amma yeni sistem də qurmayıblar və test ləğv olunsa, qorxuram yenə əvvəlki dövrə qayıdaq. Ona görə ləğvetmənin də qaydası olmalıdır”.

Qəbul imtahanın əleyhinə olan keçmiş təhsil naziri bildirib ki, universitetin qapısı açıq olmalıdır, kim oxumaq istəyirsə sənədini versin, qeydiyyatdan keçsin, gedib dərslərdə iştirak etsin.

“Amma birinci semestrin sonunda həmin tələblər ələnməlidir ki, kim davam edə bilər, kim yox”. (modern.az)


İnterpress.az