Köçkünlərin mənzilində qadın meyiti tapıldı – Qətl iddiası (Yenilənib)backend

Köçkünlərin mənzilində qadın meyiti tapıldı – Qətl iddiası (Yenilənib)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyit köçkünlər üçün salınmış binadakı mənzillərdən birində taplıb. Həmin şəxsin Kəlbəcər rayonundan köçkün düşmüş Maral Nəsibova olduğu bildirilir.

Qonşuların sözlərinə görə orta yaşlarında olan M.Nəsirova tək yaşayırmış. İlkin məlumata görə, qadın qətlə yetirilib.

Hadisə yerinə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

11:41
***
Yevlaxda yaşadığı evdə meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub.

Qadının meyiti müayinə olunmaq ekspertizaya göndərilib. Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Hazırda Yevlax rayon Prokurorluğu tərəfindən hadisənin dəqiq səbəblərinin araşdırılması istiqamətində tədbirlər davam etdirilir. (apa)

İnterpress.az