Rus qadınları zorlayan azərbaycanlı manyak axtarılır – FOTObackend

Rus qadınları zorlayan azərbaycanlı manyak axtarılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya KİV-lərinin verdiyi xəbərə görə, şəhərin Vıborq rayonunda açılan cinayət işi bir neçə epizodu əhatə edir.

Martın 2-də 2 qadına təcavüz edən şəxsin, martın 5-də sayca 3-cü zorlama faktını törətdiyi məlum olub.

Bütün hallarda cinayətkar eyni sxemdən istifadə edib – gecə klublarından çıxan qızları öz “Ford Fokus” maşınına minidirb və gözdən uzaq yerə apararaq zorlayıb.

Sonaradan həmin maşının 31 yaşlı Kosmonavt şəhər sakini və Azərbaycan vətəndaşı Taral Mehdiyevin adına olduğu, lakin əslində cinayətkarın əsl soyadının Məmmədov olduğu aydınlaşıb.

Məmmədovun zəngin kriminal keçmişə malik olduğu, “quldurluq”, “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə həbs yatdığı üzə çıxdı.

Polis manyakı tapmaq üçün Peterburqun azərbaycanlılar çalışan kafelərində geniş yoxlamalar aparıb, lakin hələlik bu axtarışlar nəticə verməyib.

Hazırda Məmmədovun axtarışı ilə bağlı Peterburq sakinlərinə müraciətlər olub. (modern.az)

İnterpress.az