“Teleqraf” bağlandı – Aynur Camalqızıdan açıqlamabackend

“Teleqraf” bağlandı – Aynur Camalqızıdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı “Gündəlik Teleqraf” qəzetinin bağlanması ilə bağlı verdiyi açıqlamasında səsləndirib.

A.Camalqızının sözlərinə görə, hazırda bütün ölkədə idarəetmədə daha çevik mexanizmlər hazırlanır və perspektivli sahələrin inkişaf etdirilməsi prioritetə çevrilib: “Onlayn medianın çap mediasını bir neçə dəfə üstələdiyini və çevikliyi, informasiya operativliyi baxımından hətta televiziyaları qabaqladığı bir zamanda biz də media qrupuna daxil olan saytların imkanlarını genişləndirmək, ənənəvi mediadan imtina etmək qərarı verdik. Bildiyiniz kimi, onlayn media dünyanın istənilən yerindən əlçatandır və ölkə həqiqətlərinin təbliğ edilməsində müstəsna rol oynayır. Cənab Prezident İlham Əliyev də medianın 140 illik yubileyindəki çıxışında onlayn medianın imkanlarını yüksək qiymətləndirdi və ana dilində olan saytların xarici dillərdə versiyalarının fəaliyyət göstərməsini tövsiyə etdi. Bu tövsiyəyə uyğun olaraq, hazırda media qrupumuza daxil olan Axar.az saytının rus və ingilis versiyaları da mövcuddur. “Gündəlik Teleqraf” qəzetinin onlayn versiyası olan Teleqraf.com, həmçinin fəaliyyətə başladığı ilk gündən böyük oxucu auditoriyası qazanan Publika.az-ın imkanlarını da genişləndirməkdə davam edirik”.

A.Camalqızı müəyyən struktur islahatları aparıldığını da bildirbi: “Bütün islahatlar əlbəttə ki, saytlarımızın daha çevik, mobil və operativ işləməsi üçündür və hazırkı vəziyyətə uyğun buna da nail olacağıq”. (axar.az)


İnterpress.az