Ərdoğan gəlmir – İlham Əliyev Ankaraya gedirbackend

Ərdoğan gəlmir – İlham Əliyev Ankaraya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın məlumatına görə, Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada keçiriləcək.

Türkiyə KİV-nin yazdığına görə, bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.

Həmin səfər zamanı Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçirilməli idi.

İnterpress.az