Bu barədə xüsusi xidmət orqanlarındakı mənbə açıqlama verib. Mənbənin sözlərinə görə, PKK bayram ərəfəsində – martın 20-də Türkiyəni qan gölünə çevirməklə hədələyib. Bu məqsədlə terrorçuların istifadəsində 20-dən çox maşın olduğu bildirilir.
Türkiyənin xüsusi xidmət orqanları hazırda həmin avtomobilləri axtarır.
Mənbə qeyd edib ki, PKK-nın hədəfindədövlət binaları, hakim partiyanın ofisləri, səfirliklər, ticarət mərkəzləri, turizm obyektləri və kütləvi nəqliyyat vasitələridir.
Xatırladaq ki, son bir ayda Ankarada törədilən terror aktında 70-dən çox adam həlak olub, 200-ə yaxın şəxs yaralanıb.
İnterpress.az