Çovdarovla bağlı inanılmaz gerçəkbackend

Çovdarovla bağlı inanılmaz gerçək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstintaqın qərarı ilə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, çoxsaylı ağır cinayətlərdə ittiham olunaraq həbs edilən generalın evlərinə və obyektlərinə həbs qoyulduğu bildirilir.

Yayılan məlumatlarda Çovdarovun Badamdar qəsəbəsində yerləşən 3 villasına da həbs qoyulduğu və oraya heç kimin buraxılmadığı qeyd edilir.

Xatırladaq ki, Çovdarovun Badamdarda, “Kempinski Hotel”in yaxınlığında yerləşən 3 yanaşı villası ilə bağlı ilk məlumatı və görüntüləri yayılmışdı. Həmin villalardan birində Akif Çovdarov, birində oğlu, digərində isə qızı yaşayır.

Ərazidə olarkən isə gördük ki, həmin villalara girişin qadağan edilməsi haqda yayılan məlumatlar doğru deyil. “Yeni Müsavat” qəzetinin əldə etdiyi məlumata görə, Çovdarovun Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri vəzifəsindən çıxarılan oğlu Ruslan Çovdarov və qızı hazırda bu evlərdə yaşayır. Akif Çovdarovun yaşadığı villaya isə heç kim buraxılmır. Qonşuların verdiyi məlumata görə, digər iki villadan böyüklüyü ilə seçilən malikanədə Çovdarov yaşayırmış. Həmin villanın üçüncü- mərtəbəsinin eyvanında tez-tez görünən Çovdarov orada daha çox kitab oxuyurmuş.

Villalara 60-65 yaşlı bir şəxs nəzarət edir. Malikanələrin hər biri nəzarət kameraları ilə təchiz olunub və 24 saat müşahidə olunur.

Çovdarovla bağlı inanılmaz gerçək

Çovdarovun oğlu 90 UV 808 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili ilə villaya tez-tez gəlir. Məlumata görə, Çovdarovlar ailəsinin sonu 808-lə bitən bir neçə lüks avtommobilləri var. Həmin avtomobillər ailə üzvləri tərəfindən istifadə olunur.

Xatırladaq ki, Akif Çovdarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 4-də 4 ay müddətinə uzadılıb.
Qeyd edək ki, A.Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

O, ötən ilin noyabr ayında həbs edilib. (musavat)

Çovdarovla bağlı inanılmaz gerçək

İnterpress.az